Magazin1
"Mənə dedi ki, anan ölüb ölüb də, nə olsun..." - - FOTO
"Mən anamı itirəndən sonra ona hər gün yanıram, hər gün ağlayıram. Həmkarlarımdan biri demişdi ki, əşi, ölüb ölüb də. Hamının anası ölür..."
Publika.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Ömrün fəsilləri" proqramında qonaq olan xalq artisti, müğənni Nisə Qasımova deyib. Proqramda anasından danışarkən kövrələn müğənni göz yaşlarına hakim ola bilməyib.
Nisə Qasımova deyib ki, mən anamı itirəndən sonra ona hər gün yanıram, hər gün ağlayıram:
"İndi də arada dostlarımla bir araya gəlib söhbət edəndə sənətdən danışıram qayıdıram anaya, dostluqdan danışıram, qayıdıram anaya. İndi də ürəyim bərk sancır. Bir dəfə həmkarlarımdan biri demişdi ki, əşi, ölüb ölüb də. Hamının anası ölür. Amma elə deyil, əzizim. Mən istəyirəm qulağını yaxşı və gözünü yekə açasan. Sən və sənin kimilərinin duruşundan bəllidir ki, nə uşaq vaxtından ana qədri bilməmisən, nə dünyasını dəyişəndən sonra, nədə ki, ana olandan sonra. Xahiş edirəm, heç vaxt deməyin ki, anası 85 yaşında öldü, ömrün yaşadı. 119 yaşında sağ analar var. Övladları ona yaxşı baxırlar. Bu övladların mən qadasını alım. Hansı həmkarım ki, anasını sevir, o, həmkarımla aramda soyuqluq qalmır".
Könül Cəfərli
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər