“Maşın” ALOVLANDI - Doktor Qılmandan GÖZLƏNİLMƏZ SEÇİM
Bizi izləyin

Magazin1

“Maşın” ALOVLANDI - Doktor Qılmandan GÖZLƏNİLMƏZ SEÇİM

Qalmaqallı “Maşın” realiti şousunun 8-ci günü də mübahisəsiz ötüşməyib.

Publika.az xəbər verir ki, “Xanımlar vs Cənablar” devizi ilə yayımlanan proqramda səsverməyə qalan şəxs “Bozbash Pictures” komandasının üzvü, aktyor İlkin Misgərli olub.

O, tamaşaçılardan səs istəyərək, hədəf olaraq jurnalist Ülviyyə Alovlunu seçib:

“35 ildir bir dəfə də maşınım olmayıb, ona görə şouda qalmaq istəyirəm. “Bozbash Pictures” olaraq Azərbaycanın 80% bölgələrində çəkilişlər etmişik və oradakı insanların sevgisini görmüşük. Məhz həmin insanlardan dəstək gözləyirəm. Hədəfim açıqdır, Ülviyyə Alovlunu oynamağa çağırıram”.

Ülviyyə Alovlu isə İlkinin dostlarına söz verdiyi üçün “getsin”ə səs istəməyəcəyini bildirib.

Şounun gedişi zamanı Mehriban Xanlarova, Ülviyyə Alovlu və Vüsalə Kərimova arasında mübahisə yaşanıb. Mübahisənin görüntülərinin yayımlandığı vaxt isə bir neçə saniyəlik efirə səs verilməyib.

İştirakçılar Ülviyyənin özünə səs istəməsini, istəmədiyi təqdirdə əlini götürüb getməsini tələb ediblər.

Şounun sonunda İ.Misgərli “qalsın”a 72,23 faiz səs toplayaraq, Ü.Alovlunu oyundan kənarlaşdırıb.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm