Miri Yusif “Altın Kelebek”ə namizədliyindən DANIŞDI: "Azərbaycanda çıxış etməyəcəm"
Bizi izləyin

Magazin1

Miri Yusif “Altın Kelebek”ə namizədliyindən DANIŞDI: "Azərbaycanda çıxış etməyəcəm"

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Miri Yusif Türkiyənin məşhur “Altın Kelebek” mükafatlarına namizəddir.

Bu barədə Publika.az-a açıqlama verən ifaçı namizəd olmağından dünən xəbər tutduğunu deyib:

“Sözün açığı bu mükafatlandırma mərasimilə bağlı anlayışım yox idi. Dünən başa saldılar. Böyükmiqyaslı bir mərasim olduğunu dünən bilmişəm. Çünki Türkiyə və digər kanalları izləmirəm. Türkiyədən bu təklif gəldi. Məhz ona görə sevindim. Tək Azərbaycanda çıxış etməyəcəm. Dekabr ayında Heydər Əliyev sarayında 2 günlük konsertim var. Konsert bitən kimi tədbirdə iştirak etmək üçün İstanbula uçacam. Digər həmkarlarım Röya və Nigara da uğurlar arzu edirəm. Nə xoş bizə ki, artıq ifaçılarımızın adları belə möhtəşəm mükafatlandırma gecələrində çəkilir”.

Qeyd edək ki, Miri Yusiflə bərabər mükafatlara Nigar Camal və Əməkdar artist Röya Ayxan da namizəddir.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm