“Hər tanınmış buna cürət etmir” - Təranə MÜĞƏNNİLƏRDƏN DANIŞDI
Bizi izləyin

Magazin1

“Hər tanınmış buna cürət etmir” - Təranə MÜĞƏNNİLƏRDƏN DANIŞDI

Prodüser Təranə Səmədova ARB Ulduz-un “Virtual həyat” proqramının qonağı olub.

Publika.az xəbər verir ki, o, verilişə müsahibəsində hər zaman özünü qalmaqalın ortasında tapdığını deyib:

“Heç istəmərəm ki, səbəbsiz yerə qalmaqalda adım hallansın. “Yenə Təranə qalmaqal elədi” söhbətləri məni yorur. Haradasa haqqımı tələb edirəm, haradasa sözümü deyirəm və nəticədə adım qalmaqallı olur. Hər tanınmış cürət edib bu düzü deyə bilmir. Düşünürəm ki, bəlkə, onlar düzdü, bəlkə, mən düzəm”.

T.Səmədova bildirib ki, bu vəziyyətdən qətiyyən narahat deyil:

“Kimsə mənim hansısa haqlı sözümdən inciyib düşmənə çevrilirsə, bu, məndə elə də narahatlıq yaratmır. Mən saxtakarlıq edib kiminsə xoşuna gəlmək üçün heç nə etmərəm. Kimdənsə çörəyim-suyum gəlmirsə, həqiqəti deyirəm və o, məni düşmən gözündə görürsə, Allah canını sağ eləsin”.

O, bəzi müğənniləri ifşa edərək, prodüsersiz olduqlarını ancaq bunu gizlətdiklərini söyləyib:

“Son 1-2 ildir ki, müğənnilərin əksəriyyəti prodüsersizdir. Onlara zəng edirsən, özü cavab verir, ancaq özünü müğənninin prodüseri kimi təqdim edir. Dəfələrlə belə hadisələrin şahidi olmuşam”.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm