Tanınmış türkiyəli müğənni BAKIDA - - FOTOLAR
Bizi izləyin

Magazin1

Tanınmış türkiyəli müğənni BAKIDA - - FOTOLAR

Məşhur opera və vokal sənətçisi Oya Ergün Muzey Mərkəzində Azərbaycan və türk rəssamlarının əsərlərinin nümayiş olunduğu "Rənglərin qardaşlığı" adlı sərginin açılışında iştirak edib.

Publika.az xəbər verir ki, gecədə konsert proqramı ilə çıxış edən Oya Ergün sevilən ifalarını səsləndirərək rəssamları təbrik edib:

"İncəsənət bütün xalqları birləşdirir. Sərgidə iştirak edən rəssamları təbrik edir və fəaliyyətlərində uğurlar arzu edirəm".

Qeyd edək ki, "Rənglərin qardaşlığı" adlı sərgi Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Gecədə Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, Balçova Bələdiyyəsi mədəniyyət direktoru Tuğrul Keskin, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi ilə yanaşı, bir sıra millət vəkilləri və rəssamlar iştirak ediblər.

Qeyd edək ki, Oya Ergünü pianinoda Nərgiz Əliyeva müşayiət edib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm