Oksana Rəsulova "Maşın" şounu tərk edən keçmiş həyat yoldaşı haqqında nələr dedi?
Bizi izləyin

Magazin1

Oksana Rəsulova "Maşın" şounu tərk edən keçmiş həyat yoldaşı haqqında nələr dedi?

Dünən axşam "Maşın" şounu tərk edən Elşad Xoseyə rəqqasə, keçmiş həyat yoldaşı Oksana Rəsulovdan dəstək olub.

Publika.az xəbər verir ki, aktrisa Elşad Xose və sözügedən oyun haqqında instaqramda fikirlərini bölüşüb:

"Bu gün çox sevinirəm. Elşad Xose şouda favoritim idi. Şoudan öz sözü və öz mədəniyyəti ilə çıxdı. Həm dostluğunu, həm də alicənablığını sübut etdi. Orada qalan bəzilərinin üzlərini, ədəblərini, dürüstlüklərini millət gördü. Hər şeydən önəmlisi tamaşaçının gözü tərəzidir. Allah hər kəsin ürəyinə görə versin. Bilirəm ki, insanlar hər zaman haqq-ədalət tərəfində olacaqlar".

Aktrisa keçmiş həyat yoldaşı ilə aralarında yaşananlara da aydınlıq gətirib:

"Heç kim kiminsə keçmişinə gülüb, qınamasın. Heç kim bilmir sabah onun başına nələr gələ bilər. Bir çoxlarını maraqlandıran suala da cavab verim: Elşadla 5 ildir ayrılmışıq. Heç bir müsahibədə olmayıb ki, mən və ya o, bir-birimiz haqqında pis fikirlər söyləyək. Əksinə hər zaman demişəm ki, Elşad mənim üçün doğma insandır. Hər bir uğurunda ona dəstəyəm. Bu gün də onun üçün sevinirəm. Çünki o itirmədi, qazandı. Xalq səni sevir, sevəcək də. Sən əfsanəsən".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm