Magazin1
Talıb Talenin daxması, adını dəyişən Xatun - “Maşın”ın finalçıları HAQDA BİLMƏDİKLƏRİNİZ - FOTO/VİDEO
Dünən “Maşın” realiti şousunun ilk final günündə iştirakçıların ailələri övladlarına dəstək olub.
Publika.az xəbər verir ki, Vüsalə Əlizadənin anası Lütfiyyə Əlizadə qızının yarışmaya gəlməsinə narazı olduğunu bildirib:
“Düzünü desəm, istəmirdim ki, Vüsalə bu yarışmaya qatılsın. Səhhətindən narahat idim. Amma mənə söz verdi ki, əgər səhhətimdə problem olsa, oyunu tərk edəcəyəm”.
Daha sonra aparıcının qızı Dilək danışaraq, anasından ötrü darıxdığını deyib:“Anamı hər dəfə televizorda görəndə gedib öpürəm. Bu ürək formasında olan yastığı ona göndərirəm. Ana, sən mənim ürəyimsən!”
“Maşın” şounun komandası Göygöl rayonuna qonaq gedərək müğənni Talıb Taleyin də evində qonaq olub.
İfaçının atası Ələsgər Ələsgərov oğlu haqda danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Talıb Ələsgərov Aşıq Ələsgərin kötükcəsidir. Onu orada təkləmişdilər. Çıxışları vaxtı məni çox kövrəldirdi. Hər dəfə baxanda həyəcanlanırdım”.
Sənətçinin ögey anası Validə Bağırova da Talıb haqqında fikirlərini bildirib:
“Əsas burada maşın deyil, Talıbın dəyanətli, mərdi-mərdanə olmasıdır. Başqalarından fərqli olaraq heç kimi kürəyindən vurmadı. Elə bilirəm öz oğlumdur”.
Talıb Tale isə çıxışı zamanı bildirib ki, ailəsi ilə birlikdə 1988-ci ildən məcburi köçkün olaraq Göygöl rayonuna köçüblər.
O, 1998-ci ilə qədər həmin evdə yaşayıb.
Daha sonra müğənni Xatun Əliyevanın evinə qonaq olan komanda bir sıra mətləblərin üstünün açılmasına səbəb olub.
Süjet zamanı ifaçının qardaşı stilist Balaş ilk dəfə olaraq əkizlərini göstərib. Müğənninin bacısı, atası və anası ona dəstək olaraq, şouda qalmağa səsləyib.
Studiyada etiraflar edən Xatun adının əslində Nərgiz olduğunu bildirib:
“Nərgiz adından heç xoşum gəlmir. 21 yaşlı oğlum var. Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. Adı da Adildir. Ancaq o, heç vaxt efirə çıxmaq, tanınmaq istəmir”.
Pərviz Hüseyn
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?