Magazin1
Məlahət Abbasova əslən azərbaycanlı olan məşhurun 50 illik VƏTƏN HƏSRƏTİNƏ SON QOYDU
Türkiyənin üç kino ulduzu Bakıya təşrif buyuracaq.
Publika.az xəbər verir ki, Özge Özder, Begüm Birgören və əslən Qərbi Azərbaycanlı olan aktyor Tamer Karadağlı Məlahət Abbasovanın “Məlahətli söhbətlər” verilişinin qonağı olacaqlar.
Özge Özder ilə Begüm Birgören Azərbaycana bu ayın 16-sında gələcək və 4 gün şəhərimizdə qalacaqlar.
“Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer Karadağlı isə ölkəmizə noyabrın 30-u təşrif buyuracaq.
Məlumat üçün bildirək ki, 50 yaşlı aktyor müsahibələrində dəfələrlə əslən azərbaycanlı olduğunu deyib. O, bildirib ki, ata yurduna gəlmək onun çoxdankı arzusudur. Bu barədə Məlahət Abbasova da sosial şəbəkədə yazıb.
Uzun illərdir ki, Türkiyədə yaşayan və orada aktrisa kimi fəaliyyət göstərən M.Abbasova bildirib ki, Tamer Karadağlı bu təklifdən çox duyğulanıb və həyəcanla Bakıya gəlməyi gözləyir.
Tamer Karadağlı müsahibələrinin birində ata-baba yurdu haqqında bunları etiraf edib: “Mən əslən azərbaycanlıyam, Azərbaycan mənim atalarımın torpağıdır. Evimizdə Azərbaycan yeməkləri bişirilir, Azərbaycan musiqilərini dinləyirik. Əmilərim, bibilərim azərbaycanca danışır”.
Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə iki ölkənin ən populyar simaları iştirak edir.
“Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.
Aytən
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...