Magazin1
Nura Suri azərbaycanlı milyonçunun SARAYINDA - FOTO/VİDEO
Özünü müxtəlif peşələrdə sınayan müğənni və teleaparıcı Nura Suri bu dəfə də reklam filmi üçün kameralar qarşısına keçib.
Publika.az xəbər verir ki, efirlərə az çıxmağı üstün tutan ifaçı dəbdəbəli evlər üçün nəzərdə tutulmuş aksessuarların satışı ilə məşğul olan İtalyan firmasının siması seçilib. 14 saat davam edən çəkilişlər Hacı Zeynalabdin Tağıyevin ev muzeyində baş tutub. İlk dəfə çəkilişlərin həyata keçirildiyi məkanda reklam filmini və fotosessiyanı Əli Fərhad lentə alıb. Çəkilişlərdə iki libasdan istifadə edən Nuranın geyimlərini isə gənc modelyer Günel Babayeva hazırlayıb.
Qeyd edək ki, müğənniliklə yanaşı təşkilatçılıq və pr işləri görən ifaçı bundan öncə də dünyaca məşhur brendlərin reklam filmlərində yer alıb.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycan Tarix Muzeyinin yerləşdiyi bina əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olub. Sözügedən bina 1893–1902-ci illərdə mülki mühəndis Y.V.Qoslavski tərəfindən inşa olunub. Saray Tağıyevin həyat yoldaşı Sona xanıma hədiyyəsi olub.
Pərviz Hüseyn
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA