Magazin1
Toppuş bacıdan ŞİKAYƏT: "Məni teatrlarda işə götürmürlər"
Əməkdar artist Tünzalə Əliyeva işsizlikdən gileylənib.
Publika.az xəbər verir ki, “Toppuş bacı” ləqəbli aktrisa teatrlarda iş tapa bilmədiyini deyib.
“Səhər-səhər” proqramının qonağı olan T.Əliyeva bildirib ki, ona uyğun tamaşa yoxdur:
“Aktyor mütləq teatrda çalışmalıdır. Çox istəyərdim ki, teatrda işləyim. Amma mənə uyğun rol tapılmır. Məni heç bir teatrda işə götürmürlər, onlara lazım deyiləm. Bir neçə teatra müraciət etdim. Cavab verdilər ki, get gözlə, hələ tamaşa yoxdur. Sənə uyğun obraz olanda çağırarıq. Hələ xəbər etməyiblər”.
T.Əliyeva İrəvan Dövlət Azərbaycan Dram Teatrı öz ərizəsi ilə çıxdığını deyib: “İşlərim çox idi. Məşqlərə çatmırdım. Aktyorlar saatlarla məni gözləyirdilər. Məsuliyyətsizliyi sevmirəm. ona görə də öz ərizəmlə getdim. Həmin gündən o teatrın qapısından içəri girmirəm”.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu