Magazin1
Nigar Camal: “Estetik əməliyyatlar insanı transeksuallara bənzədir”
"Eurovision 2011”-in qalibi Nigar Camal sosial şəbəkədə plastik əməliyyat etdirmədiyini etiraf edib.
Publika.az xəbər verir ki, sənətçi onu Cenifer Lopezə bənzəmək üçün müxtəlif estetik müdaxilələrə əl atmaqda ittiham edən izləyicilərinə cavab verərək bunları yazıb:
“Bəzi insanlar çox vaxt üzdə qırış, çirkinlik axtarmağı çox sevirlər. Amma bunları özlərində yox, mənim üzümdə axtarırlar. Cenifer Lopezə bənzəmək üçün plastik əməliyyat etdirməmişəm. Bu formada olan estetik əməliyyatlar insanı transseksuallara bənzədir. Bu yalnız Amerika filmlərində olur. Elə əməliyyat edirlər ki, doğma anası belə öz övladını qoxusundan tanıya bilmir”.
O, daha sonra xanımları spirtli içki və siqaretdən uzaq olmağa çağırıb: “Çirkin qadın yoxdur, baxımsız qadın var. Spirtli içki və siqaretə az aludə olun. Düzgün qidalanmanı məsləhət görə bilmirəm, çünki özüm də dadlı yeməkləri sevirəm. Bu, mənə xoş əhval və pozitiv enerji verir. Məncə, pəhriz insanı stressə salır. Özünüz isə qısqanclıq və paxıllıq hissindən uzaq olun. Qarşınıza hədəflər qoyub, onlara çatmağa can atın. Sizi hər şeyin yaxşı olacağına əmin edirəm”.
Pərviz Hüseyn
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!