Dünyadan köçən doğması üçün oxudu: "ANAM, HARDASAN..." - – FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Dünyadan köçən doğması üçün oxudu: "ANAM, HARDASAN..." - – FOTO/VİDEO

İki ay bundan öncə xəstəlik səbəbindən anasını vaxtsız itirən tanınmış estrada müğənnisi Abdul Xaliddən xəbər var.

Publika.az xəbər verir ki, o, anasının ruhuna ithaf etdiyi lahiyəsini təqdim edib.

İfaçı yeni layihəsi barədə belə məlumat verib: "Mən təkcə anamı yox, həyatdakı tək dostumu, sirdaşımı itirdim. Onun yoxluğundan sonra keçirdiyim acı hisslərimi heç bir sözlə izah edə bilmirəm. Allah-Təala dünyadan köçən cəmi valideynlərə rəhmət, yaşayanlara can sağlığı versin. Bir etiraf edim, həkimlər anamın ömrünə saatlar qaldığını deyəndə, yaddaşımda əməkdar artist Mətanət İsgəndərlinin illər öncə oxuduğu "Anam, hardasan?" mahnısı təzələndi. Özümü anamı itirəcəyim vaxta hazırladım... Yanımda olan dostlarım dəfndən sonra oxumaq istədiyimi biləndə təəccüblənmədilər. Əksinə, dəstək olub, mahnının müəllifləri ilə əlaqə saxladılar. Buradan Mətanət xanıma, əsərin bəstəkarı Asif Kərimova və ana fəryadının sözlərini yazan mərhum şair Sərvər Şahbəylinin ailəsinə təşəkkür edirəm".

Qeyd edək ki, klipin çəkilişlər Tovuz şəhərində və Bakıdakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında aparılıb.

Aparıcı Samir Bayramlının lahiyə rəhbəri olduğu ekran işinin rejissoru Fuad İsmayılov, prodüseri Nicat İmanov, PR meneceri Şahin Cavadsoydur. 90-cı illərdə oxunan mahnının aranjimanı Bəbir Bəbirliyə, miks-masteri tanınmış səs rejissoru Oleqə məxsusdur.

Fotolar: Xəzər Məmmədov

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm