Təranə Qumral: “Musa arada ceyran ovuna çıxır, amma..."
Bizi izləyin

Magazin1

Təranə Qumral: “Musa arada ceyran ovuna çıxır, amma..."

Xəzər TV-də yayımlanan “5/5” proqramının növbəti qonaqları Musa Musayev və Təranə Qumral olub.

Publika.az xəbər verir ki, Zaurun suallarını cavablandıran T.Qumral maraqlı açıqlamalar edib. O, bildirib ki, bir neçə dəfə onu toya çək çağırıblar: “Neçə dəfə olub ki, məni toya Musasız çağırıblar. Mən də demişəm ki, Musasız heç yerə getmirəm”.

Daha sonra müğənni qeyd edib ki, bir qadın ifaçı Musayla ondan gizli toya getmək istəyib: “Bir qadın ifaçı var. Adını çəkməyəcəm. O, deyib ki, gəl ayrı-ayrı maşınlarda Astaraya toya gedək. Amma Təranənin xəbəri olmasın”.

Zaur nə qədər israr etsə də, T.Qumral ifaçının adını açıqlamayıb.

O, daha sonra bildirib ki, M.Musayev tez-tez ova çıxır: “Musa arada ceyran ovuna çıxır, amma ikiayaqlı yox ha, dördayaqlı”

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm