Çinarə Məlikzadədən İLGİNÇ ETİRAF: “Mustafa Ceceli də məni axtarırmış” - – FOTOSESSİYA
Bizi izləyin

Magazin1

Çinarə Məlikzadədən İLGİNÇ ETİRAF: “Mustafa Ceceli də məni axtarırmış” - – FOTOSESSİYA

Sosial şəbəkədə ifaları ilə fenomenə çevirilən Çinarə Məlikzadə Mustafa Ceceli ilə olan duetindən danışıb.

Publika.az-a açıqlama verən ifaçı duetin yaranma tarixçəsindən belə söz açıb:

“Tamamilə təsadüfi şəkildə oldu, özüm də bilmirdim. Deməli, Mustafa Cecelinin yaxın bir adamı var. Özüm müraciət etmişdim. O da sağ olsun, bizi Mustafa ilə qovuşdurdu. Sən demə, Mustafa da məni axtarırmış. İstəyirdim ki, “Vurulmuşam” mahnısını tək oxuyub, klip çəkdirim. Ramal İsrafilov mənə dedi ki, Mustafa gəlib icazəsini alıb. Fikirləşdim ki, görəsən necə olacaq? Həmin oğlana yazdım. O da dedi ki, sən bizə yazmasaydın, onsuz da səni axtarıb, tapacaqdım”.

Qeyd edək ki, gənc müğənni Mustafa Ceceli ilə duetdən sonra Türkiyədə üç konsert proqramı ilə çıxış edib. Çinarə İstanbulda iki, Ankarada isə bir məkanda çıxış edərək pərəstişkarlarını sevindirib. O, təxminən 3 saat canlı ifa ilə izləyiciləri feyziyab edib.

Ara vermədən işlərinə davam edən müğənni gəldikdən sonra fotosessiya etdirməyi də unutmayıb. O, fotoqraf Xətai Yusubovun obyektivi qarşısına keçərək qış əhval-ruhiyyəli fotolar çəkdirib.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm