2017-ci ildə instaqramı “PARTLADAN” MƏŞHURLARIMIZ - SİYAHI
Bizi izləyin

Magazin1

2017-ci ildə instaqramı “PARTLADAN” MƏŞHURLARIMIZ - SİYAHI

Məşhurların yeni savaş məkanı, intriqaları ən üst həddə çıxaran, ulduzları əlçatan edən instaqramda bu il də fırtınalı “like”lar, əsəbi “view”lar və atmacalı “comment”lər aləmi bir-birinə vurdu.

Hirsini “story”də soyudub, ultimatum göndərənlər, rəyləri bağlayıb milləti “susduran”lar, canlı yayımda izləyicilərini söyənlər o ki, var reytinq yığdı.

Publika.az isə ərinmədi, il ərzində bəyənmə və izləyici sayı ilə rekord qıran məşhurları sizlər üçün sıraladı. Beləliklə, qarşılayın, 2018-ci ilin “Like” rekordmenləri!

10. Sonuncu sıradan bizi rəqqasə və aktrisa Oksana Rəsulova salamlayır. O, bu il ərzində 663 min 850 izləyicisi ilə 2 milyon 648 min “like” toplayıb.

9. Müğənni Günay İbrahimli 7 milyon 521 min bəyənmə alıb, onun isə izləyicilərinin sayı 973 min nəfərdən bir az artıqdır.

8. 2017-ci ildə qalmaqallı hamiləliyi ilə media gündəmini zəbt edən Şəbnəm Tovuzlu 6 milyon 560 minə yaxın “Like”la səkkizinci pillədə qərarlaşıb. İzləyici sayı isə 791 min nəfərdir.

7. Ekranların ən çox tənqid olunan cütlüyü Zaur və Günay təzəcə izləyicilərinin 1 milyonu ötməsinin sevincini yaşayır. Dağ, bağ, dərə deməyib hər yerdən şəkil və video paylaşan cütlük il ərzində 8 milyon 353 min bəyənmə sayı yığıb.

6. Aktrisa Pərvin Abıyevanın başı il ərzində çəkilişlərə və qalmaqallara qarışsa da, instaqramda paylaşım etməyi yaddan çıxarmayıb. Ehtiraslı çıxışları və fotoları ilə 2017-ci ilə iz qoyan Pərvin 540 min izləyicisi ilə 8 milyon 120 min “like” toplayıb.

5. Xaricdə yaşayan və bizi təmsil edən həmyerlimiz, müğənni Emin Ağalarov 11 milyon 260 min “like” toplayıb. Onun “follower”lərinin sayı isə 857 min nəfərdir.

4. Bu il “Maşın” şou ilə diqqət mərkəzində olan Vüsalə Əlizadə təqibçilərinin sayını 964 min nəfərə çatdırıb. Aparıcının paylaşımları və gözəlliyi izləyicilərdən 11 milyon 752 min “bəyənmə” qazanıb.

3. Sevil və Sevinc bacıları hər gün ekranda olmanın üstünlüklərindən faydalanaraq, bol reklam etdikləri instaqram hesablarında 13 milyon 119 min “like” almağı bacarıblar. Onların izləyicilərinin sayı isə 1 milyon 286 min nəfərdir.

2. İkinci pillədə Əməkdar artist Röya Ayxan var. Ötən il 13 milyon “like”la rekord qıran sənətçi 2017-də instaqramı aktiv istifadə etməyib. İki-üç gündən bir paylaşım edən, bəzən isə həftələrlə yoxa çıxan Röya 1.196.650 izləyicisi ilə 10 milyon 277 min “ürəy”in sahibi olub.

1. Və nəhayət birinci yerin sahibi qalmaqalları, mediadakı xəbərləri, tənqid olunmağı və şəxsi həyatı ilə saytların manşetindən düşməyən Damladır. O, 873 min izləyicisi ilə 19 milyon 297 min “bəyənmə”nin sahibi olub.

BONUS:

İlin ən çox “Like”nanan PAYLAŞIMLARI:

10. Şəbnəm Tovuzlu: 28 min 950 nəfər

9. Pərvin Abıyeva: 37 min 100 nəfər

8. Zaur və Günay: 40 min 500 nəfər

7. Oksana Rəsulova: 41 min 900 nəfər

6. Sevil Sevinc Səfərovalar: 43 min 800 nəfər

5. Röya Ayxan: 48 min 700 nəfər

4. Vüsalə Əlizadə: 55 min 200 nəfər

3. Damla: 57 min 420 nəfər

2. İlkin Həsəni: 63 min nəfər

1. Emin Ağalarov: 97 min 500 nəfər

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm