Fanatları Miri Yusifi coşğu ilə qarşıladı – Üç günlük konsertdən ÖZƏL GÖRÜNTÜLƏR - – FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Fanatları Miri Yusifi coşğu ilə qarşıladı – Üç günlük konsertdən ÖZƏL GÖRÜNTÜLƏR - – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, yeni nəslin ən çox sevilən kişi ulduzu Miri Yusif fanatları üçün iki gün hazırladığı konsertə üçüncü günü əlavə etmək məcburiyyətində qalmışdı. Buna səbəb isə biletlərin qısa zaman ərzində tükənməsi idi. Nəhayət, o günlər gəldi yetişdi. Miri Yusif ruh əkizlərini də başına yığaraq üç gün ərzində Heydər Əliyev sarayının səhnəsində iz qoymağı bacardı.

Publika.az xəbər verir ki, dijital effektlər vasitəsilə sanki göydən yerə mələk enirmiş kimi lansə edilən səhnədə sevilən hitlərini bir-birinin ardınca düzən sənətçi peşəkar musiqiçilərin müşayiəti ilə sevənlərinə o ki, var xoş anlar yaşatdı.

Gecədə mahnıları onunla bərabər səsləndirən sevənləri Mirinin daha da enerjili çıxış etməsinə təkan veriblər. Səhnədə iki geyim dəyişən ifaçıya təkcə fanatlar yox, sənət dostları da dəstək olub. Belə ki, səhnəyə əvvəlcə eks-“Dəyirman”çı ABD Malik çıxaraq onunla “Pəncərə” mahnısını ifa edib. Daha sonra zala Əməkdar artist Röya Ayxan daxil olub. Onun gəlişi isə tamaşaçıların daha da coşmasına səbəb olub.

Musiqiçilərin möhtəşəm performansı və Miri Yusifin gecədə fleyta ifa etməsi konsertin rəngli anlarından olub.

Anşlaqlı və coşğu dolu konsertdən özəl görüntüləri təqdim edirik:

Pərviz Hüseyn

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm