Emin Ağalarov özünə təmtəraqlı AD GÜNÜ KEÇİRDİ - FOTO
Bizi izləyin

Magazin1

Emin Ağalarov özünə təmtəraqlı AD GÜNÜ KEÇİRDİ - FOTO

Dünən məşhur iş adamı, müğənni və bəstəkar Emin Ağalarovun 37 yaşı tamam olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu münasibətlə "Сrocus City Hall" konsert zalında özünə təmtəraqlı doğum günü keçirib. Ulduzun şad gününə ailə üzvləri, yaxın dostları, həmçinin Keti Topurya, Ani Lorak, Valeriy Meladze, Polina Qaqarina, Svetlana Lobodina kimi Rusiyanın tanınmış sənətçiləri toplaşıb.

Emin Ağalarov artıq 7 ildir ki, ənənəsinə sadiq qalaraq doğum günündə möhtəşəm konsertlər verir. Bu dəfə də istisna olmayıb. O, həmişə olduğu kimi öz pərəstişkarları üçün sürpriz hazırlayıb. Emin Ağalarov bu il əsasən duetlərdən ibarət olan "Прости, моя любовь" (Bağışla, mənim məhəbbətim) adlı öz yeni albomunu təqdim edib.

Gecənin qonaqlarını Emin Ağalarovun "Испания. Лето" klipindən yadda qalan Xose Məmmədov personajı əyləndirib. O, gecənin ortasında səbəbkarın doğum günü tortu gətirərkən yerə salıb, amma bir neçə dəqiqə sonra salona yeni tort gətirilib və əyləncə gecəsi səhərə qədər davam edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm