Türkiyənin tanınmış simaları Bakıda - - FOTO
Bizi izləyin

Magazin1

Türkiyənin tanınmış simaları Bakıda - - FOTO

Türkiyənin tanınmış simaları - "Mutluluk zamanı" filminin baş rol ifaçıları Barış Arduç və Elçin Sangu Bakıya gəlib.

Publika.az xəbər verir ki, aktyor və aktrisa filmin Nizami Kino Mərkəzində keçirilən nümayişində iştirak ediblər.

Bakıya ilk dəfə gələn aktrisa Elçin Sangu şəhəri çox bəyəndiyini dilə gətirib: "Bakı sanki Avropa və Asiyanın qarışığıdır. Şəhərin bu qədər gözəl ola biləcəyini təsəvvür etmirdim. İnsanlar çox istiqanlıdır. Bakıya heyran oldum".

Filmin digər baş rol ifaçısı Barış Arduç şəhər ilə yanaşı, milli xörəklərimizi də çox xoşladığını xüsusi vurğulayıb: "Çox ləzzətli xörəklər yedik. Düzdür, hamısının adı yadımda qalmayıb, ancaq milli mətbəxinizi Elçin də mən də çox bəyəndik. Şəhərdə gəzərkən bir anlıq özümü Avropada ölkələrində birində kimi hiss edirdim. Bakı gözlədiyimdən daha gözəl imiş".

Sənət adamları daha sonra fanatları ilə birlikdə filmi izləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm