Magazin1
Nura Surinin oğlu DÖRDÜNCÜ dəfə QALİBİYYƏT QAZANDI - – FOTO/VİDEO
Müğənni Nura Surinin oğlu David növbəti uğura imza atıb.
Publika.az xəbər verir ki, anasının və ailəsinin üzünü güldürən evin sonbeşiyi Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin təşkil etdiyi 8-9 yaşlı uşaqlar arasında keçirilən ciu-citsu yarışlarında 34 kq çəki dərəcəsində yarışıb. David döyüşlərdə bütün rəqiblərinə qalib gələrək yarışın sonunda birinci yerə layiq görülüb.
Xatırladaq ki, Nura Suri uzun müddət boks idman növü ilə məşğul olub. Müğənninin böyük oğlu peşəkar futbol və qaydasız döyüşlə, ortancıl oğlu isə ciu-citsu idmanı ilə məşğul olur. David də ortancıl qardaşının izindən gedərək bu idman növünə maraq salıb. O da qardaşları kimi bir neçə idman yarışının qalibi və bir çox medalın sahibidir. 9 yaşlı David ciu-citsu üzrə isə dörd dəfə qalib olub.
Pərviz Hüseyn
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı