"Bu şəhərdə"nin Coşqunu 3 ağır əməliyyat keçirdi - - VİDEO
Bizi izləyin

Magazin1

"Bu şəhərdə"nin Coşqunu 3 ağır əməliyyat keçirdi - - VİDEO

Bu gün əməkdar artist Coşqun Rəhimov Bakıda "Siti Hospital"da ağır əməliyyat keçirib.

Bu barədə Kult.az-a Coşqun Rəhimov özü məlumat verib. Bildirib ki, eyni vaxtda 3 əməliyyat aparılıb - qabırğasından ximirçək götürülərək burun nahiyhəsinə yerləşdirilib, burundakı kista təmizlənib, həmçinin burun çəpərinin əyriliyi arada qaldırılıb. 7 saat davam edən əməliyyat uğurla başa çatıb.

Coşqun Rəhimovun sözlərinə görə, hazırda palataya köçürülüb, vəziyyəti normaldır. Əməkdar artist sevənlərinə də müraciət edərək, səhhətinin yaxşı olduğunu və heç bir narahatçılığın qalmadığını bildirib.

Qeyd edək ki, bu gün əməkdar artist Rafael İsgəndərov da Gəncədə mədəsinə görə yoxlamadan keçirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm