“Sinemanın kral və kraliçası” yarışmasının Azərbaycan seçimlərinə start veriləcək - FOTO
Bizi izləyin

Magazin1

“Sinemanın kral və kraliçası” yarışmasının Azərbaycan seçimlərinə start veriləcək - FOTO

Türkiyənin məhşur “Sinemanın kral və kraliçası” yarışmasının Azərbaycandakı seçiminlərinə start veriləcək.

Publika.az xəbər verir ki, gələn həftədən etibarən Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi məhşur sənətçilərin də ötən əsrdə iştirak etdiyi “Sinemanın Kral və Kraliçası: II Sinema Gözəli Yarışması” adlanan layihədə iştirak üçün qeydiyyatdan keçən gənclərin seçiminə başlanılacaq. Seçim turunda paytaxt Bakı və bir çox regionlardan çoxlu sayda gənclər iştirak edəcək.

“Sinema Gözəli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verəcəyi gənclər arasından finala sadəcə 1 qız və 1 oğlan vəsiqə qazanacaq. Onlar birbaşa İstanbulda keçiriləcək sonuncu final yarışmasına qatılacaqlar. İştirakçılar Türkiyədə onlar üçün yardılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.

Münsiflərinə heyətində layihənin rəhbəri Atilla Kalplakarslan, məşhur jurnalist Solaker, Arif İşık, aparıcı və aktrisa Ceren Kalplakarslan, əslən azərbaycanlı olan aktyor Tamer Karadağlı, rejissor Osman Avnı Kütükoğlu, aktrisa Vilma Elles, iş adamı Arif Kerem Göğüş, aktyor Salih Güney, köşə yazarı Caner Burdak, Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi”nın Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid, aktrisa Məlahət Abbasova və modelyer Gülnarə Xəlilova olacaq.

Layihənin məqsədi istedadlı gənclərin müsbaiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır.

“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məhşur aktyor və aktrisalar kimi tarixə düşdülər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm