Oğlunun bu hərəkəti Brilliant Dadaşovanı ÖZÜNDƏN ÇIXARTDI: “Tərbiyəsiz, sən...” - FOTO
Bizi izləyin

Magazin1

Oğlunun bu hərəkəti Brilliant Dadaşovanı ÖZÜNDƏN ÇIXARTDI: “Tərbiyəsiz, sən...” - FOTO

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin motosiklet sürməsi anasını özündən çıxarıb.

Publika.az xəbər verir ki, İstanbulda yaşayan Cahad Hacıyev motosiklet sürərkən çəkilən kadrları instaqramda paylaşıb. Müğənninin sürət həvəskarı olan oğlu stressini bu yolla atdığını qeyd edib. Cahadın bu görüntülərini görən anası B.Dadaşova əsəbiləşdiyini bildirib. Oğluna irad bildirən müğənni rəydə bunları yazıb:

“Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Başıma ağrı girdi, sənə göstərərəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm”.

Cahad anasına telefondan istifadə qaydalarını öyrətdiyinə görə peşman olduğunu yazıb. Xalq artisti isə oğluna belə cavab verib:

“Mən sənə yeriməyi öyrətmişəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm