Azərbaycan kəndində qulyabanı peyda oldu - VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycan kəndində qulyabanı peyda oldu - VİDEO

2018-ci ilin ən uğurlu kino layihələrindən biri olacağı gözlənilən “Qulyabanı” filminin istehsalatı artıq tamamlanıb.

Publika.az xəbər verir ki, macəra komediyası janrında lentə alınan filmdə hadisələr tez-tez qulyabanı peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanını lentə almaq üçün gələn türk jurnalistlə onun azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

Filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.

Filmdə Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov rol alıb.

“Qulyabanı” filmi 8 fevraldan etibarən kinoteatrlarda nümayiş olunmağa başlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm