“Az qalmışdı yanaq” - Bu gün Bakıdakı yanğınının olduğu binada yaşayan məşhur aparıcı - FOTO
Bizi izləyin

Magazin1

“Az qalmışdı yanaq” - Bu gün Bakıdakı yanğınının olduğu binada yaşayan məşhur aparıcı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərinin Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verib.

Publika.az xəbər verir ki, tanınmış aparıcı, dövlət televiziyasında Musiqi və Əyləncəli Verilişlər Departamentinin baş redaktoru Nurlana Cəfərova yanğın baş verən binada yaşadığını deyib. O, hadisə haqqında sosial şəbəkədə məlumat verib:

“Biz yaşadığımız binada səhər 8-dən yanğın başladı. İnsanlar iri maşınların, polislərin səsinə oyanıb, pəncərədən böyük alovu və tüstünü görüb, bayıra qaçırdı. Hər kəsdən evi tərk etmələri xahiş olundu. Əsən külək yanğına daha da güc verirdi. Bir sözlə, situasiya yaxşı deyildi. Biz bir neçə saatlıq belə bir kiçik fövqəladə hadisə yaşadıq. Bəs 90-cı ilin 20 yanvarında görəsən hansı hissləri yaşayırdı o çarəsiz, zavallı millətim? Unutmadıq!”.

Aparıcının sözlərinə görə, külək güclü olduğu üçün yanğını söndürmək çətin olub:

“Az qalmışdı yanaq. Elə qorxduq ki, evdən tez çıxdıq”.

Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumtına görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və yanğın söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm