“İstanbullu gəlin”in tanınmış aktyoru BAKIDA - FOTO
Bizi izləyin

Magazin1

“İstanbullu gəlin”in tanınmış aktyoru BAKIDA - FOTO

“İstanbullu gəlin” serialında Qalib obrazını canlandıran aktyor Tamer Levent Bakının qonağı olub.

Publika.az xəbər verir ki, aktyor Bakıya aktrisa Məlahət Abbasovanın dəvəti ilə gəlib. 61 yaşlı kino ulduzu dünən Atv kanalında yayımlanan “Məlahətli Söhbətlər” verilişinin özəl qonağı olub. Bu barədə verilişin digər qonağı, tanınmış xanəndə Mələkxanım Əyyubova məlumat verib.

Tamer Levent özü isə instaqram səhifəsində paylaşdığı fotoya “Azərbaycandan özüm sizlərə “sənətə hə” deyirəm” sözlərini yazıb.

Xatırladaq ki, Tamer Levent bundan əvvəl “Cəsur və Gözəl” serialında çəkilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm