Məşhurlar 4 yaşlı Nəzrin üçün bir araya gəldilər - FOTO
Bizi izləyin

Magazin1

Məşhurlar 4 yaşlı Nəzrin üçün bir araya gəldilər - FOTO

Müğənni Şəbnəm Tovuzlu "Niel" şadlıq sarayında xeyriyyə konserti təşkil edib.

Publika.az xəbər verir ki, Şəbnəm Tovuzlu leykoz xəstəliyindən əziyyət çəkən 4 yaşlı Nəzrin Qocayeva üçün xeyriyyə tədbiri həyata keçirib. Bu missiyada sənət dostları Şəbnəm Tovuzlunu yalnız buraxmayıblar:

"Övlada, insana qarşı çox həssasam. Heç bir valideynin övlada görə acı çəkməsini istəmirəm. Nəzrinin anası mənə sosial şəbəkədə müraciət etdi və orada paylaşım etməyimi xahiş etdi. Dedi ki, Nəzrinin atası yol qəzasında rəhmətə gedib. Qardaş-bacısı yoxdur. Kasıb bir ailəsi var. Mən də kömək etmək qərarına gəldim. Nəzrinin xəstəliyinə maddi yardım olsa sağala biləcək. Ölkəmizdə belə uşaqlar çoxdur. Dövlətimiz sağ olsun kömək edir. Bir-iki uşağa bizim də yardımız toxunsa, sevinərəm. Hər kəs maddi dəstək olsun. Büdcənin 50 faizini mən təmin edirəm. Sənət dostlarım da sağ olsunlar mənə dəstək oldular. Bu gün əmin oldum ki, mənə hörmət edirlər. Ən böyük müjdə Nəzrinin sağlamasıdır".

Qeyd edək ki, xeyriyyə tədnirində Manaf Ağayev, Abdul Xalid, Yaşar Yusub, Orxan Babazadə, Vasif Əzimov, Ramal İsrafilov, Rüfət Axundov və Emil Bədəlov iştirak edib.

Nəzrinə aşağıdakı bank hesabından yardım edə bilərsiniz.

“Bank Respublika” ASC Nərimanov filialı

Kod: 508182

VÖEN: 9900001909

M/H: AZ80NABZ01350100000000014944

SWIFT: BRESSAZ22

Alan: Arif Aslanov

İBAN: AZ3BRES00380194400151729301

Milli Ön vasitəsi və E-manat ödəmə terminalı vasitəsi ilə banklar bölməsində “Bank Respublika” seçib, hesab nömrəsi: AZ53BRES00380194400151729301

Şəxsiyyət vəsiqəsi: 04057802

Oxumağa davam et
Reklam
Reklam

Gündəm