16 yaşında oliqarxa ərə gedən Xalq artistindən ŞOK AÇIQLAMA: "Dalımca min söz danışırdı" - - VİDEO
Bizi izləyin

Magazin1

16 yaşında oliqarxa ərə gedən Xalq artistindən ŞOK AÇIQLAMA: "Dalımca min söz danışırdı" - - VİDEO

ARB televiziyasında yayımlanan "Səhər-səhər" verilişində bu dəfə qonaq olan Xalq artisti Zöhrə Abdullayeva və Əli Mirəliyev bir-birindən maraqlı açıqlamaları ilə yadda qalıblar.

Publika.az xəbər verir ki, verilişdə sosial şəbəkələrdə sənət nümayəndələrini təhqir edən izləyicilərdən danışılıb. Söhbət əsnasında onu təhqir edənləri polislə hədələyən xalq artisti, mərhum sənətkar İlhamə Quliyeva ilə aralarındakı narazılıqdan da söhbət açıb:

Xalq artisti Zöhrə Abdullayeva, İlhamə Quliyevanı əzəldən qəbul etmədiyini, ona boyun əymədiyini deyib:

"Mənim onunla heç əlaqəm yox idi. İllərlə görməzdim, görəndə də salamlaşmazdım. Nə bilim, mən bəziləri kimi onun əlini öpüb, boyun əymirdim. Sözün düzünü desəm, xasiyyəti xoşuma gəlmirdi. Bəzi şou nümayəndələri kimi yalandan yaltaqlanmırdım. Amma eşidirdim ki, rəhmətlik dalımca artıq-əskik çox söz deyirdi. Orda-burda ağzına gələni deyirdi ki, Zöhrə 16 yaşında "provadnik" işləyib. Mən 16 yaşımda oliqarxa ərə getmişdim. Axı, o işdə necə işləyə bilərdim?!"

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm