Magazin1
“Qızla nəsə yaşamaq başağrısıdır” – Çingiz Mustafayev - VİDEO
ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti
müsahibi müğənni Çingiz Mustafayev olub.
Publika.az xəbər verir ki, “Sən” adlanan yeni
klipində xanım tərəf müqabili seçməyən müğənni, qrupu ilə bərabər
kamera önünə keçib:
“Kimlərsə baxımlı olsun, gündəm yaratsın deyə klipdə qızları çəkir.
Bu siyasətdir. Klipdə gözəl bir qız varsa, mahnı artıq ikinci
planda qalır. İzləyici klipə baxmır, həmin qıza baxır. Mən
istəmirəm ki, mahnım ikinci dərəcəli olsun.
Klipdə qız çəkmək, onunla nəsə yaşamaq mənim üçün başağrısıdır. Mən
rahatlıq sevən insanam. İstəmirəm ki, artıq-əskik danışsınlar.
Sözsüz ki, artıq danışmaları məni narahat etmir, ancaq belə halda
başım sakit olur”.
Çingiz, bu gün ətrafında kifayət qədər xanım fanatın var.
Tarkan kimi sən də öz fanatınla evlənərsənmi?
“Nəinki fanatımla, insan düşmənilə belə evlənə bilər. Ən sevmədiyi
adamla belə evlənə bilər. Təcrübəmə əsaslanaraq deyirəm ki, hansısa
məclisdə bir oğlan xoşuma gəlməyib. Mənfi enerjisi olub. Ancaq
müəyyən zaman ötdükdən sonra biz dost, qardaş olmuşuq. Eynilə
qız-oğlan münasibətində də bu cür ola bilər”.
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO