Flora Kərimova onu tanınmaz hala salan stilist haqqında: “Bu yaşıma kimi...”
Bizi izləyin

Magazin1

Flora Kərimova onu tanınmaz hala salan stilist haqqında: “Bu yaşıma kimi...”

"Yaxşı ki, məni uşaq etməyib. Mən onu çox istəyirəm. Təklif elədi ki, gəl səni makiyaj edim. Mən də bağda yaşayıram. Sağ olsun, gəldi, özü apardı studiyasına. Düzünü deyim, həmin vaxt yorğun idim. O, məni makiyaj etdikçə mürgüləydirdim. Adamın yorğunluğu çıxır. Bir də gözümü açıb güzgüyə baxdım ki, qarşımda cavan Flora Kərimova dayanıb. Özümü tanımadım. Sehirli bir aləmdə idim. İnsan necə bir saatın icində bu qədər cavanlaşar? Belə bir ovqat yaşatdığı üçün ona sağ ol deyirəm. Anar “İşinin rəssamıdır. Çox peşəkardır. Onun əlinə düşən insanları sonda tanımaq olmur. Biz bu insanları qorumalıyıq".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova onun makiyajla tamamilə dəyişdirən Anar Ağakişiyev haqqında deyib. 76 yaşlı müğənnini instaqramda makiyaj ustası ilə şəklini paylaşıb və etiraf edib ki, Anarın işi onu sözün əsl mənasında heyrətə salıb:

“Bu yaşıma kimi makiyajı, qrimi özümə yaraşdırmamışam. Üzümdəki hər cizgini Allahın lütfü bilib taleyimin naxışı sanıram, amma Anar - böyük anlamda sənətinin sənətkarı olan gəncin əl işi sizlərin yazdığı hər bir gözəl sözlərə layiqdir və düşünürəm ki, onun simasında yaradıcılığı mədəniyyətə, təmsil etdiyi sənətə töhfədir. Anar sadə olduğu qədər deyilən hər bir tərifə layiq bir istedaddır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm