Vasif Məhərrəmlidən ŞOK ETİRAF: “Tələbə vaxtı Elza Seyidcahanı sevirdim və onu...” - VİDEO
Bizi izləyin

Magazin1

Vasif Məhərrəmlidən ŞOK ETİRAF: “Tələbə vaxtı Elza Seyidcahanı sevirdim və onu...” - VİDEO

Vasif Məhərrəmli gənclik illərində Əməkdar artist Elza Seyidcahana aşiq olduğunu etiraf edib.

Publika.az xəbər verir ki, müğənni ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı olub. O, verilişdə Elza Seyidcahana olan sevgisindən danışıb:

“Elzanı dəli kimi sevməmişəm, amma sevmişəm. Elza xanım tək mənim yox, konservatoriya oxuyan vaxtlarda bütün tələbə yoldaşlarımızın xoşuna gəlirdi. Hamının ürəyində qəlbində ona qarşı sevgi var idi. Elza xanım indi də gözəldir. O zaman da çox gözəl idi. Açığı deyim ki, Elza xanım çox ağır xanım idi. İndi biraz şıltaqlığı ola bilər, amma o vaxtı kimsəylə söhbət etdiyini belə görməmişəm. Ancaq dərsə gələrdi və gedərdi. Mən də qıraqdan-qırağa onu seyr edərdim”.

Vasif Məhərrəmli sevgisini bu yaxınlarda etiraf etdiyini qeyd edib:

“O vaxt demədim, bu yaxınlarda demişəm onu sevdiyimi. Çox normal qarşıladı. İndi mən olmuşam yalan. Özü hər yerdə deyir ki, Vasif məni sevir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm