Xalq artistləri Zərnigar Ağakişiyevanın qəbri önündə - FOTO
Bizi izləyin

Magazin1

Xalq artistləri Zərnigar Ağakişiyevanın qəbri önündə - FOTO

Xalq artistləri Məleykə Əsədova, Sənubər İsgəndərli, Firəngiz Mütəllimova, Valeh Kərimov, Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Əməkdar artist Vəfa Zeynalova və başqaları Zərnigar Ağakişiyevanın qərbini ziyarət edib.

Publika.az xəbər verir ki, mərhumun sənət yoldaşları Qubaya yola düşüb, məzarın üstünə gül dəstələri qoyublar. Bu barədə Məleykə Əsədova sosial şəbəkədə məlumat verib:

“Zərnigar xanımın 1-ci cümə axşamına getdik. Teatr kollektivi ilə birlikdə Qubada Zərnigar xanımın məzarını ziyarət edib, ruhuna dualar oxuduq. Allah rəhmət etsin! İllər keçsə də, hər zaman yaşayacaqsınız”.

Xatırladaq ki, aktrisanın cəsədi bir neçə gün əvvəl Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm