Magazin1
Röya Sevdanın keçmiş görüntüləri barədə görün NƏLƏR DEDİ: “...vicdanını satır” - FOTO/VİDEO
Röya Ayxan dünən arxiv görüntüləri yayılan Sevda Yahyayevaya dəstək olub.
Publika.az xəbər verir ki, Əməkdar artist həmkarına əziyyətli keçən keçmişi ilə qürur duymağı məsləhət görüb:
“Gözəlim, sən bunlara fikir vermə. Birisi arxasını görmür, digəri 40 yaşında ana-ata çörəyi yeyir. O birisi də alver edir, vicdanını satır. Bu arada, o “pekarni”yə çörəyi mən gətirirdim, tanımadın?”
Məlumat üçün bildirək ki, 32 yaşlı Sevda Yahyayevanın 13 yaşında çəkilən görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub. Xüsusilə onun plastik əməliyyatsız inanılmaz dərəcədə dəyişməsi heyrət doğurub. S.Yahyayeva İnstaqram hesabında onu tənqid edənlərə aşağıdakı cavabı verib:
“Hamı mənim keçmişimi əzbər bilir. 13 yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı çəkilmiş kasıbyana, zövqsüz və indi sizə gülməli görünən görüntümdən bu gün də utanmıram! Çünki hazırda yetərincə məşhur, gözəl dost çevrəsinə malik, maddi və mənəvi azadlıq qazanmış biriyəm. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm.
İndiyə kimi qazandığım statusdan istifadə edib heç kimi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və pul mənim xasiyyətimi dəyişməyib. Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı, heç bir əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah hər kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına olsun”.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA