Nura Suri bütün GİZLİNLƏRİNİ AÇDI: “Evdə ögey ata...” - VİDEO
Bizi izləyin

Magazin1

Nura Suri bütün GİZLİNLƏRİNİ AÇDI: “Evdə ögey ata...” - VİDEO

“Mən oğlum Davidin atası ilə niyə gedib yaşaya bilmədim? Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik o Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi.

Bu insan məni ancaq öz övladı ilə qəbul edib. Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, onlar nəyə görəsə özlərini pis hiss etsinlər və evdə ögey ata olsun. Demirəm ki, buna pis baxıram, sadəcə mən bunu qəbul edə bilmirəm. İstəmirəm ki, övlarlarım o cür böyüsün”.

Publika.az xəbər verir ki, bu sözləri ARB Ulduz-un “Virtual həyat” verlişinin növbəti qonağı olan müğənni Nura Suri deyib.
Müğənni verilişdə şəxsi həyatı ilə bağlı bir çox qaranlıq qalan məslələrə aydınlıq gətirib:

“Əgər həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki? Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar.

Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm ki, hamı niyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil”.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm