Azəri qızı Günel türkiyəli məşhurla sevgili olmasından DANIŞDI: “Onu çox sevirəm”
Bizi izləyin

Magazin1

Azəri qızı Günel türkiyəli məşhurla sevgili olmasından DANIŞDI: “Onu çox sevirəm”

Xəbər verdiyimiz kimi, dünən Türkiyə mətbuatında Günel Zeynalovanın müğənni Orhan Ölmezlə sevgili olduğu xəbərləri yayılmışdı.

Publika.az xəbər verir ki, azərbaycanlı sənətçi yayılan şayiələrə aydınlıq gətirib. G.Zeynalovanın sözlərinə görə, onun Orhan Ölmezlə 13 illik dostluq münasibətləri var:

“Səhərin gözü açılmamış kimsə quyuya daş atıb və iki ağıllı onu çıxara bilməyib. Xəbərlər yalandır və dedi-qodudur, inanmayın. Əsəblərimi korlamayın, hər kəsin ailəsi var, yazanda ana və bacınızı düşünün. Ölümlü dünyada nə gərək var qəlb qırmağa? Orhan mənim 13 illik dostumdur. 13 illik dostluq münasibətlərimiz dəyişməyib, dəyişməyəcək də. Onun səsini də, özünü də çox sevirəm. Nə yaxşı ki, dostumdur”.

Daha sonra müğənni şəxsi həyatını gündəmə gətirilməsinə münasibət bildirib:

“Paxıllığın bu dərəcəsi də olmaz. “Kırık vazo” adlı klipim çıxdı, hansınız bunu paylaşıb “xeyirli olsun” yazdınız? Ancaq şəxsi həyatımla bağlı xəbər qoyursunuz, altından da ağzına gələni yazırlar. Amma bu dəfə əliniz boşa çıxdı, “maləsəf”. Gözləyirsiniz ki, Günel haqqında pis xəbər çıxsın, yazaq. Çox gözləyərsiniz... Səhifələrdə şərh bölməsini də bağlamırsız. Sizin adınıza utanıram. Unutmayın, hamımızın ailəsi, atası və qardaşları var. Sizi insan olmağa çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm