Afaq Aslan Lotu Quli ilə sevgilidir - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin1

Afaq Aslan Lotu Quli ilə sevgilidir - FOTOLAR - (YENİLƏNDİ)

Ümumiyyətlə, şəxsi həyatımla bağlı heç bir sayta və media orqanına danışmaq istəmirəm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Afaq Aslan onun kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması ilə bağlı yayılan məlumatlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, bütün deyilənlər şayiədir: “Heç bir şey deyə bilmərəm. Açıqlama da vermək istəmirəm. Həmin ehtimal jurnalistlərin fərziyyələridir. Bu şəxsi həyat mənim özümündür”.

***

Müğənni Afaq Aslanın kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması ehtimal edilir.

Kult.az xəbər verir ki, müğənni şəxsi İnstaqram səhifəsində bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib.

O, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətləri olması haqda rəy yaradıb.

***

Afaq Aslanın Türkiyəyə son zamanlar tez-tez səfər etdiyi haqda informasiya daxil olub.

Kult.az-ı bilgiləndirən mənbənin məlumatına görə, Afaq Aslan Lotu Quli ilə birgə İstanbulun məşhur restoranlarında da dəfələrlə görünüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm