Amaliya Pənahova müzakirələrə səbəb olan fotosundan danışdı - VİDEO
Bizi izləyin

Magazin1

Amaliya Pənahova müzakirələrə səbəb olan fotosundan danışdı - VİDEO

Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova sosial şəbəkələrdə yayılan və müzakirələrə səbəb fotosu barədə danışıb.

Publika.az xəbər verir ki, sənətçi "Bizimləsən" verilişinin canlı yayımına qoşularaq şəklinin qeyri-peşəkar biri tərəfindən çəkildiyini bildirib. Aktrisa hesab edir ki, kimsə ona qarşı təxribat apararaq pis düşdüyü şəkilləri paylaşır:

“Şəklimi çəkənlər özləri qəsdən o halda paylaşıb. Dünən başqa foto da çəkilmişdi. İndi mənim telefonumdadır. O fotonu göndərə bilərəm. Sadəcə olaraq, bunu edənlər məxsusi olaraq işığı düz tutmur, təsadüfən çəkirlər. Təsəvvür edin ki, biri əlini kürəyinə qoyub şəkil çəkdi. Belə çəkilən foto necə alınmalıdır? Mən də insanların arasında qalmaqal yaratmaq istəmirəm. Onlara nə deməliyəm? Nə cür tədbir görməliyəm? Bu, birinci dəfə deyil. Artıq məni təkləyiblər. Əlacım qalıb bircə aidiyyəti orqanlara. Görünür, polisə müraciət etməliyəm”.

Aktrisa aparıcı Zaur Baxşəliyevin “Yenidən plastik əməliyyat olunmusunuz?” sualına “Yox, mənim başım başqa məsələlərə qarışıqdır”, - deyə cavab verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm