Azərbaycanlı aparıcı məşhur müğənni ilə sevgilidir - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aparıcı məşhur müğənni ilə sevgilidir - FOTO

Teleaparıcı Cavid Güllə müğənni Samirə Əfəndi sosial şəbəkədə şəkillərini payalaşaraq sevgili olduqlarını elan edib.

Publika.az xəbər verir ki, aparıcı bir neçə həftə əvvəl instaqramda müğənni ilə paylaşdığı fotoya sevgi smayliki qoymuşdu. Cavid Gülü sosial şəbəkədə izləyənlər cütlüyü təbrik etmişdi.

Münasibətlərini daha gizlətməyən məşhur cütlük bu dəfə ikisi də sosial şəbəkədə yeni şəkillərini paylaşıb.

Xatırladaq ki, Cavid Gül əvvəlki açıqlamalarında çox məşhur xanımla evlənməyə hazırlaşdığını bildirsə də, adını gizli saxlamışdı: “Seçdiyim xanım kifayət qədər məşhurdur. Çətindir… Üzdə olan insanla problem çox olur. Hər şey yaxşıdır, amma adı gizlin qalsın. Vaxtı gələndə özü üzə çıxacaq”.

Qeyd edək ki, Samirə Əfəndi “Səs Azərbaycan” yarışmasının iştirakçısı olub. O, bu layihədən sonra məşhurlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm