Üzeyir Türkiyədə baş tutan səs-küylü konsertindən danışdı - VİDEO
Bizi izləyin

Magazin1

Üzeyir Türkiyədə baş tutan səs-küylü konsertindən danışdı - VİDEO

Üzeyir Mehdizadə Türkiydə baş tutan səs-küylü konserti haqqında təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.

Mahnıları ilə Türkiyədə də böyük fanat ordusu toplayan müğənni bu yaxınlarda qardaş ölkədə baş tutan konserti haqqında danışıb:

“Son zamanlar bilirdim ki, Türkiyədən həddən artıq çox tələbat var. Sevgilərini, dəstəklərini görürdüm. İnanırdım ki, getdiyim konsert gözlədiyim nəticəni verəcək. Konsert İğdırda olmuşdu. Bir konsertimiz Qaziantepdə baş tutdu. Konsetlərə nəinki həmin şəhərlərdən, ümumiyyətlə, Türkiyənin müxtəlif bögələrindən də gəlmişdilər”.

Ü.Mehdizadə 51 milyon baxış sayı olan “Yaxşı olar” mahnısına klip çəkdirəcəyini söyləyib:

“Həqiqətən, klip çəkməyə vaxtım yoxdur. Klipin hər şeyi hazırdır, sadəcə məndən cavab gözləyirlər ki, vaxt deyim və klip çəkilişləri başlasın. Yaxın zamanlarda tamaşaçıları sevindirəcəm. “Yaxşı olar” mahnısına klip çəkiləcək. Ssenarisi də mənə aiddir.

Klipdə ssenari iki xətt üzərində gedir: həm mənim sənətə necə gəlməyim, həm də sevgi xətti”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm