“Mən utandım, o qız utanmadı” - İzzət Bağırov onları YIXIB-SÜRÜDÜ - VİDEO
Bizi izləyin

Magazin1

“Mən utandım, o qız utanmadı” - İzzət Bağırov onları YIXIB-SÜRÜDÜ - VİDEO

ARB Ulduz-un “Şou məkan” proqramının növbəti müsahibi İzzət Bağırov olub.

Publika.az xəbər verir ki, İzzət Bağırov proqramda bəzi həmkarlarına ismarış göndərib:

“Deyirlər ki, bu sənətdə əziyyətlər görmüşük. O zaman həmin adamlara cavab vermək lazımdır ki, balam, oxumazdın, əziyyət də çəkməzdin. Oxuyan adam əziyyət çəkməlidir də. Tək bu sənətdə deyil, hər işin öz əziyyəti var. Müğənniliyin heç bir çətinliyi yoxdur. Müğənnisənsə, səsin varsa, oxuyursan. Çətinlik bir balaca tanınana qədər olur. Tanına bilmədisə, o, müğənni istəyir 30-40 il oxusun, tutmayıbsa, tutmayacaq”.

İzzət Bağırov bəzi şəxslərin sənətə hay-küylə gəlib bir aydan sonra suyu süzülmüş halda getmələrinin səbəblərini izah edib:

“Müğənnilik sənəti beş günlük sənət deyil. Çünki müğənni oldunsa, daim gündəmdə qalmalısan. Gərək daim iş görəsən, layihələrin ola. O da onu davamlı olaraq, göstərə bilmir və sıradan çıxır. Başqa performansı yoxdur, ondan başqa heç nə oxuya bilmir. Müğənni var ki, solo konsertləriylə məşhurdur, müğənni var 20 ildir konsert vermir. Səbəbi odur ki, oxuya bilsəydi, konsert verərdi”.

Toyda mini konsert verdiyini və artıq ulduz olduğunu zənn edib özünü aldadanlara da müğənninin tutarlı cavabı olub:

“Toyu səhnəyə, səhnəni restorana, restoranı saraya qarışdırmaq olmaz. Deyirlər, toyda mini konsert verdim. Mini konsert nədir, o toydur. Toyda ağzından yanlış söz də çıxır, xaric də oxuyursan, söz də bəzən yadına düşmür. Amma konsert belə deyil axı. Konsertdə sənin hünərin nədir, səhv söz deyəsən, səsin işləməyə, səhv mahnı oxuyasan, zilə qalxa bilməyəsən”.

Toyla konsert səhnəsini qarışdıran bəzi həmkarlarını tənqid edən İzzət Bağırov bu müsahibəsi ilə ürəyində yığıb saxladılqarını lazımi ünvanlara çatdırıb:

“Mənim toylarım çoxdur. Düzdür, toya tamaşaçı çox gəlir. Əvvəllər toya 100-150 adam gəlirdi, indi ən azı 500 nəfər gəlir. İndi gündən-günə zallar da böyüyür. Bir də görürsən ki, ev yiyəsi 800-1000 nəfər adam çağırır məclisə. O boyda adam ancaq oturub sənə qulaq asır? Çoxdandır bir-birlərini görməyib foyedə oturanlar var. Konsert səhnədi. Orada ancaq hamı oturub sənə baxır, sənə qulaq asır. Ayaqqabının ucundan sənin oxuduğun mahnıya kimi hər şeyə diqqət edir”.

Müğənni bayağı mahnıları və dırnaqarası bəstəkarları da tənqid edib:

“O qədər bayağı mahnı var ki, mahnının başı, ayağı yoxdur. Mahnıda söz yox bir şey yox. Bir də görürsən ki, sevildi. O gün bir qız mənə mahnı yazıb. Bir otuz mahnısına qulaq asdım. Mən utandım, o utanmadı. Dedim ki, sən nə istəyirsən? Bu, mahnı deyil, get, başqa işlə məşğul ol. Mən bəyənmədikcə, o bir-bir digər mahnısını təqdim edirdi.

Bu gün mənim heç kimlə işim yoxdur. Kim nə istəyir oxusun. Bu gün kanallar da çoxalır. Bir kanal həmin bayağı mahnını və müğənnini efirə buraxmayacaq, digəri icazə verəcək. İndiki zamanda məşhur olmaq üçün bütün yollar var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm