Tanınmış bəstəkar: “İstəyirəm həmkarlarıma zəng edib deyim ki...” VİDEO
Bizi izləyin

Magazin1

Tanınmış bəstəkar: “İstəyirəm həmkarlarıma zəng edib deyim ki...” VİDEO

ARB Ulduz-un “Virtual həyat” verilişinin növbəti qonağı bəstəkar Gövhər Həsənzadə olub.

Publika.az xəbər verir ki, yaxşı mahnıların yoxluğundan şikayətlənən müğənnilərə bəstəkar sərt fikirlər bildirib:

“Müğənnilər məndən uzaqlaşıblar. Mən isə tək deyiləm. Onlar peşəkar bəstəkarlardan, hər kəsdən uzaqlaşıblar. Özlərini mükəmməl sayırlar, elə hesab edirlər ki, onların zövqünü yaşlı nəsil başa düşməz. Mənəm-mənəmlik də qeyir-peşəkarlığa gətirib çıxarır".

Yaxşı mahnı yoxdur!? Sayımız az olsa da, biz peşəkar bəstəkarlıq, sağıq axı! Yaxşı mahnı və yaxşı bəstəkar yoxdur deyəndə, mən istəyirəm həmkarlarıma zəng edib deyim ki, salamatçılıqdır? Mənim ürəyim ağrıyır ki, o sözü bizim vaxtımızda əziyyət çəkən müğənnilər də deyir. Yeni gələnlər hay-küyə düşüblər. Sizə nə olub? Siz ki, sənətkar görmüsünüz. Siz də onlara qoşulursuz? Niyə? Gövhər sizə indiyə kim pis mahnı verib? Kim gəldi məndən yaxşı mahnı istədi dedim ki, yoxdur. Kimin cürəti çatıb deyə bilər ki, Gövhər xanımdan yaxşı mahnı istədim vermədi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm