Süni yolla hamilə qalan rəqqasə Oksana İLK DƏFƏ DANIŞDI: “Ya Rəbbim, onlara...”
Bizi izləyin

Magazin1

Süni yolla hamilə qalan rəqqasə Oksana İLK DƏFƏ DANIŞDI: “Ya Rəbbim, onlara...”

Rəqqasə və aktrisa Oksana Rəsulovanın süni mayalanma ilə hamilə qalması artıq bir neçə gündür gündəmdən düşmək bilmir.

Publika.az xəbər verir ki, məşhur ana olması ilə bağlı yayılan xəbərlərə heç bir münasibət bildirmir. Rəqqasə hamiləliyi haqqında açıqlama verməsə də, sosial şəbəkədə onun ünvanına səsləndirilən ittihamlara instaqramda cavab verib.

O, Ramazan ayının gəlişi münasibəti ilə izləyicilərini təbrik edib və hər kəsi vicdanlı olmağa səsləyib:

"Aylar şahı Ramazan! Bu gün bu müqəddəs ay xoş gəlir! Bütün oruc tutub dua edən insanları təbrik edirəm, Allah qəbul etsin. Bu ayda əllərimi açıb Allaha yalvaracam. Ya Rəbbim, imansız dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, "Qurani-Kərim"i dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib haqq yeyənlərə, cadu edib günah qazananlara... Ya Rəbbim, onlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət ver, ağıl ver, hidayət ver, ya Allah. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, günahlarımızı azaldaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm