"Maşın" şou ilə bağlı VACİB DƏYİŞİKLİK
Bizi izləyin

Magazin1

"Maşın" şou ilə bağlı VACİB DƏYİŞİKLİK

Ölkənin ən bahalı və ən reytinqli şousunun ilk buraxılışı mayın 29-u yayımlanacaq.

Publika.az xəbər verir ki, öncə yayılan məlumata görə, 28 may tarixində ilk efir həyəcanını yaşayacaq “Maşın” şounun efir tarixi 1 gün sonraya keçirilib.

“MGP”nin Mətbuat Xidmətinin verdiyi məlumata görə, Əməkdar artist Murad Dadaşovun təqdimatında yayıma start verəcək şou 29 may saat 22:00-da ATV-də tamaşaçılarla görüşə gələcək.

Xatırladaq ki, “Maşın” şounun başlanması üçün bütün hazırlıqlar sona çatmaq üzrədir. Artıq bütün danışıqlar başa çatıb, konsepsiya hazırdır və konsepsiyaya uyğun olaraq dekor qurulur. Bu dəfə “Maşın” “Xanımlar və Cənablar-2” adı altında yayımlanacaq. 9 tanınmış kişi və 9 tanınmış qadın maşın uğrunda mübarizədə qarşı-qarşıya gələcək. Yayımlandığı müddətdə reytinqlərdə birinci olan “Maşın” realiti şounun iştirakçı heyəti də artıq tam bəllidir. Budəfəki heyətdə yeni adlar çoxluq təşkil edir və onların kimliyi hələ ki, gizli saxlanılır.

Beləliklə, 16-cı sürətilə evlərinizə qonaq gələn “MAŞIN” düz 12 gün sonra sizə maraqlı və həyəcandolu bir şou nümayiş etdirmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm