Eks-ərindən Natavan Həbibi haqqında İNANILMAZ SÖZLƏR: "Səninlə olmaq..." - VİDEO
Bizi izləyin

Magazin1

Eks-ərindən Natavan Həbibi haqqında İNANILMAZ SÖZLƏR: "Səninlə olmaq..." - VİDEO

Dünən müğənni Natavan Həbibinin doğum günü olub.

Publika.az xəbər verir ki, 36 yaşının tamam olması münasibətilə sənətçi ziyafət keçirib. İfaçının şad gününə ailə üzvləri ilə yanaşı, yaxın sənət dostları Xuraman Şuşalı, Elnarə Xəlilova, Kərim Abbasov və başqaları qatılıb.

N.Həbibin keçmiş həyat yoldaşı, reper Səid Əliyev (Dado) ziyafətdə iştirak etməsə də, ifaçını sosial şəbəkə vasitəsilə təbrik edib. O, instaqramda paylaşdığı fotoya “Ad günün mübarək, həyatım” sözlərini yazıb. Bundan başqa, Dado Natavan Həbibiyə olan ürək sözlərini videoda bildirib:

"Sən mənim həyatm, dünyam və ürəyimsən. Səninlə olmaq çox maraqlıdır, yanımda olanda qəlbim fərəh və sevinc hissiylə dolur. Məndən uzaq olanda sanki bütün dünya dayanır, sənsiz çox darıxıram. Səni o qədər sevirəm ki... Həyatımda heç vaxt belə sevməmişəm, sevginin nə olduğunu səbninlə başa düşdüm. Yaxşı varsan, həyatım. Səni çox sevirəm. Ad günün mübarək, 100 yaşa!"

Xatırladaq ki, Həbibi və Əliyev keçən ilin iyulunda ailə qurub. Cütlük 2017-ci ilin dekabrında ayrıldığını desə də, Dado mütədi olaraq sosial şəbəkədə Natavan Həbibiyə sebgi etrafları edir.

Məlumat üçün onu da bildirək ki, N.Həbibi reperdən 6 yaş böyükdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm