“Toy gününün səhəri stolları başımda qırdı” – Meyxanaçı Samirədən birinci evliliyi ilə bağlı ŞOK AÇIQLAMA
Bizi izləyin

Magazin1

“Toy gününün səhəri stolları başımda qırdı” – Meyxanaçı Samirədən birinci evliliyi ilə bağlı ŞOK AÇIQLAMA

“Bir il məni güdüblər ki, evdən çıxan kimi oğurlasınlar”.

Publika.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Boş anlar” verlişinin qonağı, meyxanaçı Samirə Yusifqızı deyib.

Samirə Yusiqızı indiyədək bilinməyən bir sirrin üstünü açıb: “3 ay ailəli olub, qayıtmışam. Yoldaşım toy günün səhərisindən stol, stulu başımda sındırdı. Ailələrində hamı psixi xəstə idi. Ailə həyatı qurduğum insanı sevməmişdəm. Təsadüfi idi. Elə bir iş olmuşdu ki, mən məcbur qaldım ona getməyə. İndi onu görsəm tanımaram. Heç tanımaq da istəmirəm. Allah etməsin qarşıma çıxsınlar. O zamanlar cavan idim, anlamırdım. Bütün bunlar 17 yaşımda olub. Bəlkə də, mən indi onları görsəm onlarla tamam başqa cür danışaram. Sonradan anası və özü çox yalvardılar. Amma bizimkilər qəbul etmədi. Hətta bir il məni güddülər ki, mən evdən çıxanda məni oğurlasınlar”.

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm