Azərbaycanlı aktrisa lüks brendin siması olacaq - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanlı aktrisa lüks brendin siması olacaq - FOTO

Son dövrdə oynadığı serial və kino layihələri ilə Türkiyədə böyük şöhrət qazanan aktrisa Nəsrin Cavadzadə model olacaq.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, xaricdəki bəzi brendlərin təqdimatları üçün modellik təklifləri alan aktrisa bu təklifləri qəbul etdiyini bildirib:

"İlk vaxtlar çox təəccübləndim. Daha sonra belə təkliflərin gəlməyə davam etməsi məni xoşbəxt etdi. Sevdiyim markanın təqdimatı üçün podiuma çıxacam. Təklifləri gələcəkdə də dəyərləndirəcəyəm".

Cavadzadə baş rolda oynadığı, İspaniya istehsalı olan "El Desentierro” filminin qala gecəsinin sentyabr ayında keçiriləcəyini açıqlayıb. Kino ulduzunun sözlərinə görə, ekran işinin San Sebastian Film Festivalında premyerası üçün indidən hazırlaşmağa başlayıb. O, üç ay sonra keçiriləcək mərasim üçün gərgin iş qrafikinə baxmayaraq, mütəmadi olaraq idmanla məşğul olur. Həftənin beş günü otaqdan çıxmayan Cavadzadə sağlam qidalanaraq formasını qorumağa çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm