Magazin1
Miri Yusifin prezidentə təşəkkürü: "Bu ad həm də onlara məxsusdur!"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup incəsənət xadimini fəxri adlarla təltif edib.
Publika.az xəbər verir ki, fəxri ada layiq görülənlər arasında məşhur müğənni Miri Yusif də var.
Müğənni şəxsi instaqram hesabından verdiyi açıqlamada qərardan dolayı çox xoşbəxt olduğunu və qürur duyduğunu dilə gətirib:
“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir
neçə saat öncə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndinə uyğun olaraq Azərbaycan mədəniyyətinin
inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan
Respublikasının fəxri adlarının verilməsinə dair qərar verib. Bu
gün bu siyahıda öz adımı görmək məni qürurlandırdı. 20 il öncə
başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr
etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz
əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını
dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məni bu
fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm!”
İfaçı daha sonra valideynlərinə də təşəkkür etməyi unutmayıb:
“Öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur”.
Zümrüd
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA