• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Eldar Qasımov kimlə duet oxudu? - FOTOLAR/VİDEO

  • Magazin1
  • 1 Aprel 2015 10:10
  • 465 Baxış
Eldar Qasımov kimlə duet oxudu? - FOTOLAR/VİDEO

“Bu mənəm-2” layihəsinin növbəti duet ortaqlarından biri “Avroviziya” yarışmasının qalibi Eldar Qasımovla “Uşaq Avroviziya” yarışmasının Azərbaycan təmsilçisi Rüstəm Kərimov olub.

Bu barədə Publika.az-a layihə rəhbəri və mahnının musiqi müəllifi Ülviyyə Bəbirli məlumat verib:

““Gülümsə” mahnısı ilə hər kəsi yalnız gülümsəməyə dəvət edən cütlüyün studiyada səs yazması da maraqlı keçib. Eldar mahnının aranjemanından tutmuş, məşq proseslərinə kimi bizimlə olub. Digər həmkarları kimi böyük həvəslə layihəyə dəstək oldu”.

Qeyd edək ki, mahnının sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur.

Qeyd edək ki, başa çatmaqda olan “Bu mənəm-2” layihəsində istedadlı uşaqlara dəstək göstərən sənətçilər arasında Eldar Qasımovla yanaşı, Tünzalə Ağayeva, Samira Allahverdi, Lalə Məmmədova, Təranə Mahmudova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman var.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR