İlqar Mikayıloğlu həyat yoldaşına xəyanət etdi?
Bizi izləyin

Magazin1

İlqar Mikayıloğlu həyat yoldaşına xəyanət etdi?

ATV telekanalının aparıcıları efirdə aprel zarafatı etməyə çalışıb. Publika.az xəbər verir ki, İlqar Mikayıloğlu həmkarı və həyat yoldaşı Zülfiyyə Bayramovanı gülməli vəziyyətə salmağa çalışıb. Belə ki, o, canlı efirin başlaması barədə Zülfiyyə Bayramovaya xəbərdarlıq etməyib. Nəticədə digər qonaqlarla dedi-qodu edən və söhbətinin canlı yayımda olduğundan gec xəbər tutan Bayramova həmkarı və həyat yoldaşı İlqar Mikayıloğluna sərt təpki verib. Onun hərəkətinin zarafat deyil, xəyanət olduğunu bildirib:

“Bu, aprel zarafatı deyil, xəyanətdir. Sən mənə xayanət etdin. Sənin qulaqcıqların var və prodüser sənə efir getməsi barədə məlumat verir. Amma mənim qulaqcıqlarım yoxdur. Mənim də qulaqcığım olsaydı, bu, zarafat olardı. Belə olan halda bu, xəyanət sayılır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm