Rəqqasə yarış keçirdi, qalibə öz paltarını verdi
Bizi izləyin

Magazin1

Rəqqasə yarış keçirdi, qalibə öz paltarını verdi

Tanınmış rəqqasə Oksana Rəsulova sosial şəbəkədə yarış təşkil edib. Publika.az xəbər verir ki, yarış hind rəqsləri ifaçıları arasında keçirilib. Müsabiqənin yekununda ən gözəl rəqs mükafatlandırılıb.

Layihənin şərtlərinə uyğun olaraq müsabiqəyə qatılmaq istəyənlər öz rəqslərini lentə aldıraraq O.Rəsulovanın sosial şəbəkədəki ünvanına göndəriblər. Öz ifasını göndərən 70 iştirakçıdan 20-si yarımfinala vəsiqə qazanıb. Sonda 5 nəfər - Lalə Mehtiyeva, Nərgiz Atakişiyeva, Rena Sofizadə, Səbinə və Fidan adlı iştirakçılar “müsabiqənin ən yaxşısı” adına layiq görülüblər.

Qaliblərin hədiyyəsi də olub. Belə ki, O.Rəsulova onlara özünə məxsus əşyalar - hind geyimləri, bijuteriya bağışlayıb.

Qeyd edək ki, qaliblər O.Rəsulovanın rəqs məktəbində bir neçə ay xoreoqrafiya dərsi alacaq, yeni layihəsində isə iştirak hüququ qazanacaqlar.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm