• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Aprel zarafatımız iki məşhuru düşmən etdi - ÖZƏL

  • Magazin1
  • 1 Aprel 2015 15:30
  • 1 281 Baxış
Aprel zarafatımız iki məşhuru düşmən etdi - ÖZƏL

Publika.az 1 aprel Gülüş günündə iki tanınmış insan arasında qalmaqal yaradıb. Təbii ki, aprel zarafatı etmək istədik və belə alındı. Əməkdar artist Elza Seyidcahanla sevilən şair Vahid Əzizi üz-üzə qoyduq. Tərəflər hətta əsəbiləşərək, bir-birlərinin ünvanına ittihamlar səsləndiriblər. Amma bu, bizə asan başa gəlmədi. Zarafatın sonu hətta dava ilə nəticələnəcəkdi.

- Elza, tanınmış şair Vahid Əziz bizə açıqlamasında sənin şairlik istedadının olmadığını deyib. Bu fikirlə razısanmı?

- Vahid Əzizin mənim haqqımda bu sözləri deməyə ixtiyarı yoxdur. Çünki mənim şeirlərimə qiymət verən xalqdır. Mən özüm Vahid Əzizin şeirlərinə baxıb şair olmuşam. Əgər məni bəyənmirsə, mənə pis şair deyirsə, deməli, elə özü-özünü pisləyir.

- Heç şeirləriniz barəsində aranızda fikir mübadiləsi olub?

- Həmişə şeirlərimi tərifləyib. Amma bir dəfə mənə dedi ki, Elza, şeirlərini mənə gətir, bəzi yerlərində düzəliş edim. Bu sözlər xoşuma gəlmədi, çünki mən şeirlərimə düzəliş olunmasını istəmirəm.

- Ümumiyyətlə, münasibətiniz necədir?

- Yaxşı. Hansı məclisə gedirəmsə, məni yuxarı başda əyləşdirir, “gözəl xanım, burda oturma, orda otur” deyir. İndi nooldu, pis şair oldum? Onun sözlərinə mahnı da bəstələmişəm. “Aktyorlar” mahnısı çox məşhurdur. İndi durub məni pisləyir.

- Elə onu deyəcəkdim. Vahid Əziz deyir ki, o vaxt həmin şeirinə mahnı bəstələməyini istəmirmiş. Çünki sənin bəstəkarlıq istedadını da şübhə altına alır.

- Vahid Əziz çıxıb efirdə bu sözləri hamının gözü qabağında söyləsin. Xalq onu qınayar e, necə yəni mənim “Aktyorlar” mahnım pisdir, belə şey olar?

- Bəlkə, özü də şair olduğu üçün şeir yazmağını qısqanclıqla qarşılayır?

- Elə səbəb budur də. Elza şeirləri ilə qabağa gedir, xalq onu şairə kimi də tanıyır, sevilir. Bunu həzm eləmək asan deyil e… Həmişə məni qadınlar dəstəkləyib, kişi şairlər məni qısqanıblar. Çünki gözəl qadınam, gözəl mahnılar bəstələyirəm, gözəl də şeirlər yazıram. Buna görə də Vahid Əziz məni pisləyir.

- Bəlkə, bədahətən ona bir şeir söyləyib, necə bir şair olduğunu sübut edəsən?

- Yaz:

Şair səni vəsf eyləyim,

Yoxsa səni məst eyləyim?

Mən axşam proqramların birində qonaq olacağam, onda Vahid Əzizə üzümü tutub bu şeiri deyəcəyəm, qoy mənə cavab versin.

- Bəs Publika.az vasitəsi ilə Vahid Əzizə nə demək istərdiniz, deyin, özü də eşitsin.

- Vahid Əziz, qamçınızı, tüfənginizi hazır saxlayın, Elza Seyidcahan gəlir.

Vahid Əziz isə Elza xanım haqqında Publika.az-a bunları söylədi:

- Vahid müəllim, Elza Seyidcahanla münasibətiniz necədir?

- Salam-əleykimiz var. Mənim iki şeirimə mahnı da bəstələyib. İnsafən, mahnıları xoşuma da gəlib, yaxşı musiqilərdir, çox da sevilir.

- Şeirlərini bəyənirsiniz?

- Vallah, yalan nə deyim, oxumamışam, nə də eşitməmişəm.

- Bəs axı özü deyir ki, siz ondan şeirlərini istəmisiniz və demisiniz ki, Elza, şeirlərini gətir, düzəliş edim…

- Yox, yox, mən elə şey deməmişəm, yalan deyir.

- Elza onu da deyib ki, sizi bir şair kimi bəyənmir…

- Bəyənmir heç bəyənməsin. Vahid Əziz qız-gəlin deyil ki, hamının xoşuna gəlsin.

- Güya siz onu şair olaraq qısqanırsınız?

- Bu nətəhər olur. Bilirsən necədir, bu poeziya dəb kimidir. Bir var “Volodarski” fabrikinin istehsalı olan mallar. Bir də var podium üçün istehsal olunan geyimlər. Brend malı geyinib avtobusa minmirsən. Yəni küçə-baca geyimləri, bir də kübar məclislərin libası. Şeir də belədir. Vahid Əzizi heç kimlə qarışıq salmayın. Bu saat kim istəsə, şeir yaza bilər.

Dişlərini fırçala,

Tər-təmiz ol, düş yola.

Bu, şeir deyil axı. Sən Allah, məni Elzanın dilinə salma.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR